"Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən olan "Kayrat" təmsilçimizlə görüşlərə yeni formada çıxacaq.
Fanat.Az xəbər verir ki, Almatı klubu sosial şəbəkələrindəki səhifəsi vasitəsilə komandanın Konfranslar Liqasının cari mövsümündə çıxış edəcəyi üçüncü forma dəstini təqdim edib.
Yeni dəst, üzərində klubun emblemi və sponsorun loqotipi olan ağ rəngdədir. Komanda təqdimatı model rolunu oynayan qızların köməyi ilə aparıb.
Xatırladaq ki, "Kayrat" Konfranslar Liqasında ilk oyununu sentyabrın 16-da Kipr təmsilçisi "Omoniya"ya qarşı keçirəcək.