Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 12 sentyabr idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:
Dmitri Kramarenko
Bu gün Rusiya çempionatının gümüş mükafatçısı (1996), Müstəqil Dövlətlər Birliyi Çempionlar Kubokunun qalibi (2008), Azərbaycan çempionu (1992). Azərbaycan çempionatının gümüş (2006) və bürünc (2005) mükafatçısı, Azərbaycan Millisinin sabiq qapışısı Dmitri Kramarenkonun doğum günüdür.
Dmitri Kramarenko SSRİ dönəminin məşhur qapıçısı Sergey Kramarenkonun oğludur.
Sabiq qapıçı, "Neftçi", "Dinamo Moskva", "CSKA Moskva" kimi klublarda forma geyib. Kramarenko Azərbaycan millisində 33 oyun keçirib.
36:0
1885-ci ilin bu günü Şotlandiya Kuboku oyununda peşəkar "Airbot" klubu həvəskarlardan ibarət "Bon Akkord" komandasını 36:0 hesabı ilə məğlub edib. 2002-ci ildə Madaqaskar çempionatında fantastik 0:149 hesabı qeydə alınmayana qədər bu bu nəticə uzun illər ərzində futbol tarixinin ən böyük hesablı qələbəsi sayılırdı.
Emin Şəmsiyev