Azərbaycan Premyer Liqasında bu mövsüm xal itirməyən komanda qalmayıb.
Fanat.Az xəbər verir ki, "Sumqayıt"ın bu gün 3-cü tur çərçivəsində "Səbail"ə uduzmasından sonra artıq çempionatda büdrəməyən komanda yoxdur.
Qeyd edək ki, "Sumqayıt" milli komandaların seçmə oyunlarına görə yaranan fasiləyə qədər baş tutan ilk iki turda maksimum nəticə göstərmişdi. "Gənclik şəhəri" təmsilçisi bir qədər əvvəl başa çatan oyunda "Səbail"ə 0:1 hesabı ilə uduzub.