14:09 13.09.2021 912

“Sadıq Sadıqov onlarla birləşib maaşları istədiyi kimi kəsir” - VİDEO

Cüdo millimizin üzvü, Avropa çempionu Davud Məmmədsoy Azərbaycan Cüdo Federasiyasından narazıdır.

“Qafqazinfo”ya danışan 25 yaşlı idmançı maaşlarının heç bir əsas olmadan federasiya tərəfindən kəsildiyini bildirib.

D.Məmmədsoyun sözlərinə görə, federasiyadakı səlahiyyətli şəxslər cüdoçuların maaşlarından məbləğləri istədikləri kimi kəsirlər:

“Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov, baş katib Elmar Babanlı, mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu birləşib bizim maaşlarımızı istədikləri kimi kəsirlər. Müqavilənin onlar üçün heç bir əhəmiyyəti yoxdur. İndi də Tokio-2020 Olimpiadasındakı uğursuzluğa görə məvacibləri azaltdıqlarını bildirirlər. Amma mən Olimpiada iştirakçısı deyiləm, sonuncu dəfə İsrailin paytaxtı Təl-Əvivdə “Böyük dəbilqə” turnirində qızıl medal qazanmışam. Həmin nəticədən 2 ay sonra mənim təkidimlə maaşımı 1000 manata qaldırmışdılar. 2-3 ay idi ki, maaşı alırdım. Məşqlərdə dedilər ki, hamının maaşı 70 faiz kəsiləcək. İnanmırdım ki, məndə də belə olsun. Çünki müqaviləyə görə, qızıl medal qazandığım üçün mən 1 il ərzində maaşı almalıydım. 1 ildən sonra əgər nəticəm olmazsa, müəyyən miqdarda məvacibim kəsilə bilər. Məşqçiyə dedim ki, federasiyaya deyin maaşımı kəsməsin. Kirayədə qalıram, idmançı üçün qidalanma vacibdir, məşq etdiyimiz zal elə yerdədir ki, ora avtobusla gedib-gəlmək mümkün deyil. Hələ “Böyük dəbilqə”dən sonra maaşımı qaldıranda düşündüm ki, deyim mənə ayrıca kirayə pulu versinlər, normal şərait yaradılsın, sonra nəticələr də olacaq. Əvvəllər 240, 440 manat maaş almışam. O maaşla mən Avropa çempionu oldum. Amma bu insanların vecinə deyil ki, sən titullu idmançısan, uğurların var. Legionerə isə pul verirlər. Gürcü cüdoçu var idi ki, heç bir uğuru yox idi, amma 1500 manat maaş alırdı”.

İdmançı İsraildəki “Böyük dəbilqə”dən sonra uğursuz çıxışlarını da bu problemlə əlaqələndirir:

“İsraildə zədə almışdım, gəldim müalicə olundum. Məşq eləmədim bir müddət. Sonra Sumqayıtda təlim-məşq toplanışı keçirilirdi. Orada 3-4 nəfər koronavirusa yoluxmuşdu. Məni apardılar, atdılar həmin təlim-məşq toplanışına. Orada koronaya yoluxdum və yenə məşqsiz qaldım. Ondan sonrakı turnirlərdə məhz hazırlıqlı olmadığım üçün uduzurdum. Hiss edirdim ki, yoruluram. Bunları bəhanə gətirirlərsə, onda müqavilədə də qeyd eləsinlər ki, 3 yarış uduzsan, bu maaşı almayacaqsan”. 

Məmmədsoy Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yığmamızın baş məşqçisi olan Ruslan Maşurenkordan da danışıb:

“O, Azərbaycan yığmasının baş məşqçisi olacaq adam deyildi. Azərbaycanda ondan daha yaxşı məşqçilər var. Ruslan Maşurenko o qədər qeyri-peşəkar adamdır ki, məşqdə fənd göstərdiyi zaman mənim ayağımı sındırdı. Müalicə aldım, bir həftə sonra məni yarışa göndərdilər. Elə vəziyyətdə adamı yarışa aparırlar, uduzursan və deyirlər ki, nəticən yoxdur heç yerə gedə bilməzsən”.

Avropa çempionu federasiyanın vitse-prezidenti Sadıq Sadıqovun qəbuluna düşməyin çətinliyindən də şikayətçidir:

“Sadıq Sadıqovun qəbuluna düşmək çox çətindir. Sanki hansısa dövlət idarə edir və onun görüşmək üçün zamanı yoxdur”.

Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyası ilə əlaqə saxladıq. Federasiyanın baş katibi Elmar Babanlı “Qafqazinfo”ya açıqlamasında Davud Məmmədsoyun narazılıqları haqda bunları deyib: “Olimpiadadakı uğursuzluğa görə bütün idmançıların maaşlarını kəsmişik. Son 4-5 ildə bütün fəaliyyətimiz Olimpiadada uğur qazanmağa hesablanmışdı. Davud da tskildə əsas idmançılarımızdan biri idi. Lisenziya almaq uğrunda mübarizə aparırdı və bunun üçün də yaxşı şansları var idi. Lakin Olimpiya tskili başa çatdı və hamı lisenziya qazananları gördü.

Davudun son dövrlərdə ən uğurlu çıxışı Təl-Əvivdə qızıl medal qazanması olub. Ondan sonrakı yarışlarda isə uğursuz olub. Ən son Budapeştdə dünya çempionatında uduzdu. Onun çəkisində olan digər idmançı isə reytinq xalları qazanaraq Olimpiadaya gedib. Bütün bunlar nəzərə alınaraq maaşlara yenidən baxılıb. Davudun maaşı ondan sonra Azərbaycan çempionu maaşı səviyyəsinə endirilib. Nəticə olsa, yenə maaş artırılacaq.

Davud bizimlə şantaj dili ilə danışır, deyir ki, əgər maaşımı əvvəlki səviyyəyə qaldırmasanız, başqa cür hərəkət edəcəyəm. Ona əlavə 400 manat da kirayə pulu ayrılması üçün göstəriş aldım. Lakin o, başqa cür danışır. Ona sual veririk ki, niyə bu yarışlarda uduzmusan? Deyir ki, həmişə qalib gəlməli deyiləm ki. Biz də nəticə verməyənin maaşından azaldıb nəticəsi olanın maaşına əlavə edirik. Büdcəmiz məhduddur". 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X