"Barselona"nın kapitanı Karles Puyol əməliyyat olunub.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, sağ dizindən zədələnən futbolçu 35 dəqiqə bıçaq altında qalıb. Uğurlu əməliyyat keçirən ispan müdafiəçinin 1 aydan sonra yaşıl meydanlara dönəcəyi bildirilib.
Qeyd edək ki, Puyol bundan əvvəl də eyni dizindən iki dəfə cərrahiyyə əməliyyatı keçirib.
İdman24.az