“Sumqayıt” klubu akademiyasının 6 futbolçusu ilə peşəkar müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandaya cəlb olunan futbolçular:
Qapıçı: Xəyal Fərzullayev
Müdafiəçilər: Nihad Ağayev, Nurlan Bayramov.
Yarımmüdafiəçilər: Tural Axverdiyev, Rüstəm Hümbətov
Hücumçu: Əjdər Hacılı
Qeyd edək ki, futbolçularla 3 illik müqavilə imzalanıb.