22:13 18.09.2021 714

\"Sabah\"ın baş məşqçisi: \"Qalib də gələ bilərdik\"

“Oyuna 3 xal üçün köklənmişdik, qalib gəlmək istəyirdik. “Matçın axarı da normal idi, sadəcə müdafiədə buraxdığımız bir səhv ümumi vəziyyəti dəyişdi. Buna baxmayaraq, uşaqların bugünkü əzmkarlığı hesabda geridə olan komandanın oyunu çevirməsinə gətirib çıxardı. Deyərdim ki, hətta qalib də gələ bilərdik".

Fanat.Az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IV tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəsis İlk 3 turda qol vura bilmədiklərini xatırladıb. "Bu gün meydanda tam fərqli “Sabah” gördüm. Həddindən artıq qalib gəlmək istəyi var idi. Bu da sevindirici haldır. 3 xal üçün oynasaq da, “Zirə” kimi rəqibdən 1 xal almaq da normal nəticədir”.

Quliyev daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- İstəkli “Sabah”ı əsasən ikinci hissədə gördük. İlk yarıda bunu sərgiləyə bilməməyiniz nə ilə bağlı idi?
- Sizinlə tamamilə razıyam. “Qəbələ” ilə görüşdə də qol buraxdıqdan sonra hücuma keçdik. Hesab 0:0 olanda hamı sığortalı oyun göstərmək istəyir, nədənsə bir balaca çəkinir. Qol buraxdıqdan sonra hücumların kəsərini artırırsan. Biz də hücumların kəsərini artırdıq. Ancaq bu da risklidir. “Qəbələ” ilə matçda ikinci qolu belə buraxdıq. Bu gün də eyni hal təkrarlana bilərdi. Sadəcə, hücumda daha aktiv görünürdük, nəticədə qol gəldi.

- Bu gün ilk qolu vurdunuz və ilk xalı qazandınız. Bu amil “Neftçi” ilə qarşıdakı oyun üçün nə dərəcədə stimul ola bilər?
- Bəli, əvvəlki oyunlarda qol da vura bilməmişdik. Rodriges və Skuletiçin hələ komandaya tam qayıtmamasının da burada rolu var. Bu gün əsas problemimiz keyfiyyətli hücumçularımızın olmamasıdır. Rodriges də, Skuletiç də artıq kollektivlə məşqlərə qoşulub. Növbəti turda onların hər ikisini görəcəyik. Hücumda dişsizliyimiz görünürdü.

- Matçdan əvvəl söz-söhbət gəzirdi ki, uduzsanız, istefa verəcəksiniz. Qazanılan ilk xal bu söz-söhbətə son qoyacaq, yoxsa həmin qorxu davam edir?
- Bu söhbət çox təkrarlanır. Məni buraya gətirən rəhbərlik var. Bir həftə boyu da, bu gün də onların dəstəyini artıqlaması ilə görürəm. Məğlubiyyətlərə baxmayaraq, rəhbərliyin dəstəyi komandaya inam verir. İnanıram ki, komanda bu vəziyyətdən çıxacaq. 4 oyuna 1 xal qazanmaq nələrsə etdiyimiz demək deyil. Amma rəhbərliyin mənə, mənim də komandaya inamım çoxdur. (Report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
17:41

Azərbaycan Dünya Olimpiya Təsnifat turnirinə 9 güləşçi ilə qatılacaq

17:22

"Mançester Yunayted" ten Haqla bağlı qərarını verdi

17:05

"Kəpəz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:50

Final oyununun hakimləri bilindi

16:36

Dortmund "Borussiya"sı Roysla bağlı qərarını açıqladı

16:27

Rüstəm Məmmədov "Şamaxı"ya məğlubiyyətin səbəblərini dedi

16:01

Ançelotti "Bayern"ə qarşı hansı qapıçını oynadacaq? - Özü dedi

15:41

Güləş üzrə U-23 Avropa çempionatı Bakıda keçiriləcək

15:29

Klopp Salahın "Liverpul"da qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırdı

15:10

"Prezident Kuboku": Azərbaycan beynəlxalq reqatanı 9 medalla başa vurdu

14:55

"Sıralarımıza daha çox gənclərin qoşulması ilə barışmaq lazımdır" - Erik ten Haq

14:38

“Prezident Kuboku 2024”: Azərbaycandan səkkizinci medal

14:20

Tanınmış idmançılar master-klas keçdilər

14:03

Kişi həndbolçular arasında Azərbaycan çempionatı: 19-cu turun proqramı açıqlandı

13:57

“Prezident Kuboku 2024”: Paşayev - Babayev cütlüyü "bürünc" qazandı

13:53

"Sumqayıt" azarkeşlərinə görə cərimələndi

13:47

"Turan Tovuz"un legionerinə 4 oyunluq cəza

13:30

"İnanıram ki, 2028-dəki Olimpiya Oyunlarında daha çox idmançımız iştirak edəcək" - Fərid Qayıbov

13:17

"Sumqayıt" "Kəpəz"lə oyundan öncə onu itirdi - AÇIQLAMA

12:58

Pedri növbəti mövsümə harada başlayacaq?

12:39

İtaliya nəhəngi MY-nin hücumçusunu aparır

12:21

"Srvena Zvezda" 35-ci çempionluğunu bayram etdi

12:02

AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:43

"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

11:29

"Sabah" bölgədən akademiyasına 22 uşaq seçdi - VİDEO

11:21

Prezident Kuboku-2024": Reqatada altıncı medal

11:10

"Bayer" Romadan da "sağ çıxdı" - VİDEO

10:50

"Prezident Kuboku-2024": Azərbaycan komandasından reqatada növbəti medal

10:32

Messi MLS-in ən yaxşısı elan olundu

10:11

"Mövsümün sonuna qədər dayanmaq istəmirik" - Xabi Alonso

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

Renat Dadaşovun komandasında məşqçi istefası

09:00

"Real" 16 yaşlı vunderkindin "ovuna çıxdı", "Barselona" geri çəkildi

01:41

London derbisini “Çelsi” qazandı

01:10

KL: İtaliyada ilə İngiltərədə "qol yağdı"

01:03

AL: "Bayer" Romada inamlı qələbə qazandı

02 May 2024
22:58

"Prezident Kuboku 2024": İkinci günün qalibləri mükafatlandırıldı

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X