Türkiyə Futbol Federasiyasının millinin baş məşqçi postundan istefaya göndərdiyi Şenol Güneşə ödəyəcəyi təxminatın məbləği açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə TFF rəhbərliyinin dünən keçirilən iclasında qərar qəbul olunub.
Qərara əsasən, mütəxəssisə 10 milyon lirə (təxminən 2 milyon manat) təzminat ödəniləcək.