Dünən Lənkəran şəhər stadionunda həvəskar komandalar arasında yoxlama oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, "Xan Lənkəran" və "Gənclik" (Bakı) komandalarının görüşü kifayət qədər marağa, ajiotaja səbəb olub. Oyunu 3000-3500 azarkeş izləyib.
Bir neçə gün öncə "Zəngilan" komandasını qəbul edən və 11:0 hesabı ilə qalib gələn "Xan Lənkəran" bu dəfə bakılıları 4 cavabsız qolla üstələyib. Cənub təmsilçisinin heyətində vaxtilə "Xəzər Lənkəran"da çıxış etmiş futbolçulardan Məsum Qəmbərlinin yer aldığını əlavə edək.
"Xan Lənkəran"ın "Instagram" səhifəsinin "Gənclik"lə oyundan paylaşdığı foto və videonu təqdim edirik:
Mirağa