17:03 23.09.2021 656

Postundan ayrılan Qarabağ qazisi: "İdmançıların real səviyyəsi bu deyildi"

Xəbər verdiyimiz kimi, Paris 2024 Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar Azərbaycanın Paralimpiya yığmalarına yeni baş məşqçi təyinatları gerçəkləşib.

Həmçinin güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi postunda dəyişiklik baş verib. Bu postda Əkbər Muradovu Yusif Abdullayev əvəzləyib.

Fanat.Az-a danışan yığmamızın sabiq çalışdırıcısı öz istəyi ilə işindən ayrıldığını bildirib: "Komitə ilə aramızda hansısa inciklik olmayıb. Tokio 2020 Yay Paralimpiya Oyunlarındakı uğursuzluğun məsuliyyətini üzərimə götürüb, istefa ərizəsi yazdım.

İdmançılarımızın real səviyyəsi bu deyildi. Sadəcə, Tokioda onlardan gözlənilən kimi çıxış edə bilmədilər. Heç olmasa bir məsafədə final olacağına inamımız var idi. Atıcılıqda da final mərhələsi elədir ki, orada hər şey ola bilər. Xüsusən Kamran Zeynalova ümidimiz çox idi. Kamran ilk belə yarışı olduğuna görə həyəcan keçirdi, əvvəlki göstəricisindən çox aşağı nəticə göstərdi".

Muradov bundan sonra fərdi məşqçi kimi çalışacağını deyib: "Bir müddət dincəlmək istəyirəm. Üstəlik, müalicə almalıyam. Sonra da çox güman ki, fərdi məşqçi kimi fəaliyyətimi davam etdirəcəyəm".

Qeyd edək ki, Əkbər Muradov 2016-cı ildən milli komandanı çalışdırırdı. 53 yaşlı mütəxəssis idmançı kimi Avropa çempionatının bürünc, dünya kuboku yarışlarının qızıl və bürünc mükafatlarını qazanıb, London 2012 Yay Paralimpiya Oyunlarında iştirak edib. 

O, həmçinin birinci Qarabağ döyüşlərinin iştirakçısı, I qrup müharibə əlilidir.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

Facebookdan bizi izləməyi unutmayın.
X