Həftəsonu Lənkəranda həvəskar komandalar arasında yoxlama oyunu baş tutub.
Fanat.Az xəbər verir ki, yerli "Xan Lənkəran" "Maskovski" komandası ilə üz-üzə gəlib.
Cənublu azarkeşlərin "Xəzər Lənkəran"dan sonra mehrini saldığı, Region Liqasında çıxış etməyə hazırlaşan "Xan Lənkəran" rəqibini 3:0 hesabı ilə məğlub edib.
"Xəzər Lənkəran" Mərkəzi Stadionunda baş tutan budəfəki görüşü daha çox - 7 minə yaxın azarkeş canlı izləyib.
Stadiondakı ab-havanı əks etdirən videogörüntünü diqqətinizə çatdırırıq: