ABŞ-ın “Çinçinnati” komandasının baş məşqçisi Yap Stam postuyla vidalaşıb.
Fanat.Az MLS klubunun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı çalışdırıcı uğursuz nəticələr üzündən istefaya göndərilib.
Son 7 oyunun 6-da yenilən komandanın 14 klub arasında 13-cü pillədə mövqe tutması rəhbərliyin radikal addım atmasının şərtləndirib.
Qeyd edək ki, Niderland millisinin sabiq mərkəz müdafiəçisi 2020-ci ilin mayından “Çinçinnati”nin "sükanı arxası"ndaydı.
Nihat