14:57 29.09.2021 551

Münəccimin proqnozu: ÇL-də iki gərgin qarşılaşma

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turunun oyunları davam edir.

Fanat.Az-ın münəccimi proqnoz vermək üçün H qrupundan "Yuventus" - "Çelsi" və F qrupundan "Mançester Yunayted" - "Vilyarreal" görüşlərini seçib. 

Yuventus 

Ronaldunun gedişindən sonra komandada eniş hiss olunsa da, "qoca senyora" yavaş-yavaş "Kriştianusuz" oyununu tapa bilir. "Yuventus" ÇL-in qrup mərhələsinə yaxşı start verib. "Malmö" səfərindən 3 xalla geri dönən (0:3) Turin təmsilçisi ölkə çempionatının növbəti 3 turu ərzində iki dəfə qələbə qazanıb və bir dəfə heç-heçə edib. 
A Seriyasının son turunda "Sampdoriya" ilə oyunda qələbə qazansa da, görüş "Yuventus" üçün elə də uğurlu olaraq yadda qalmadı. Komandanın kapitanı Paulo Dibala (Paulo Dybala) zədələnərək meydanı tərk etdi və "Çelsi"yə qarşı oyunda meydanda olmayacaq. Bundan əlavə, Alvaro Morata da bir aylıq yaşıl meydanlardan kənarda qalacaq. Proqnoz verərkən "Yuventus"un iki vacib qol silahının olmaması mütləq nəzərə alınmalıdır. 

"Çelsi" 

"Çelsi" yeni mövsümə bütün turnirlərdə yaxşı start verib. ÇL-in ilk turunda "Zenit"i minimal hesabla məğlub edən "zadəganlar" ölkə çempionatının son turunda, öz meydanında "Mançester Siti" klubuna məğlub oldu. Bu isə komandada üzərində işlənməli problemlərin mövcudluğundan  xəbər verir. "Şəhərlilər"ə qarşı oyunda komanda hücum etməyi və kreativlik nümayiş etdirməyi unutmuşdu. "Yuventus"la oyundan sonra "Çelsi" İPL-in növbəti turunda elə də çətinlik yaratmayan "Southempton"u qəbul edəcək. Odur ki, bu günkü oyunda London təmsilçisi var gücünü rahat şəkildə ortaya qoya bilər. 

Komandalar arasında keçirilən son 4 oyun: 

Yuventus - Çelsi  3:0
Çelsi - Yuventus  2:2 
Yuventus - Çelsi  2:2
Çelsi - Yuventus 1:0

Proqnoz

Komandalar arasında keçirilən son oyunları bu günkü aid etmək qeyri obyektivlik olardı. Rəqiblər sonuncu dəfə 9 il öncə (2012-ci il ÇL) üz-üzə gəliblər. Bu müddət arzində hər iki klubda nəzərəçarpacaq dərəcədə dəyişikliklər olub. 

"Yuve" iki vacib qol silahını itirib. Ölkə çempionatında keçirdiyi bütün oyunlarda qol buraxıb ki, bu da müdafiə xəttinin etibarsızlığından xəbər verir. İtayanların ən vacib üstünlüklərindən biri ev sahibi olmasıdır. "Çelsi" isə əksinə İPL-də keçirdiyi 6 tura 12 qol vurub və 2 top buraxıb. 

Bu günkü qarşılaşmada komandaların ifasında bir qədər fərqli oyun görə bilərik.

"Yuventus"un praqmatik oynayacağını nəzərə alaraq oyunda maksimum 2 qol olacağını proqnozlaşdırırıq. Xarci bukmeker kontorları bu variantı 1,75 əmsalla qiymətləndirir.

"Çelsi"nin əsas qol silahı Lukakunun fərqlənə biləcəyini (Lukaku qol vuracaq) proqnozlaşdırmaq istərdik. Bir az riskli olsa da əmsal qənaətbəxşdır - 2,70.

"Yuventus" 5 ildir öz evində ingilis klubları ilə bacarmır. "Çelsi" isə son 4 oyundur İtalyan klublarına qarşı uğurlu oynaya bilmir. Risk etməyi sevənlər üçün 3,55 əmsalla oyunun heç-heçə bitəcəyini (X) proqnozlaşdırırıq.

Mançester Yunayted

Cari mövsüm "mankunyanlar" heyətlərini lazımınca möhkəmləndiriblər. Ceydon Sanço (Jadon Sancho) və Rafael Varandan (Raphael Varane) əlavə komanda Ktiştianu Ronaldunu da (Cristiano Ronaldo) heyətinə qatıb. Cari mövsüm İPL-də 13 xal toplayan "qırmızı şeytanlar" turnir cədvəlinin 4-cü pilləsindədir (İPL-də 5 komanda 13 xala sahibdir) və əzəli rəqibləri "Liverpul"dan cəmi bir xal geriləyir.

"Mançester Yunayted" qrup mərhələsinin ilk oyununda səfərdə gözlənilmədən "Yanq Boyz" a məğlub olub (2:1).
İngiltərə Liqa Kuboku çərçivəsində öz evində "Vest Hem" klubuna məğlub olan (0:1) "qırmızı şeytanlar" ardınca İPL-in VI turunda "Aston Villa"ya minimal hesabla uduzub.
Harri Maquayr (HarryMaguire), Lyuk Şou (Luke Shaw), Markus Reşford (Markus Rashford), Diallo və Aaron Uan Bissaka (Aaron Wan-Bissaka) bu gün meydanda olmayacaq.

Vilyarreal

"Vilyarreal" bu gün meydana Avropa Liqasının qalibi kimi çıxacaq. Ötən il Avropa Liqasının finalında məhz "Mançester Yunayted"ə qalib gələn (1:1, penaltilər seriyası 11:10) komanda ÇL-in ilk turunda "Atalanta" ilə xallarını bölüb (2:2).

İspaniya La Liqasında komanda 8 xalla 11-ci yerdə qərarlaşıb. 

Bu gün Koklen (Francis Coquelin), Raba, Foyt (Juan Foyth), Chukvuese (Samuel Chukwueze) və Jerar Moreno (Gerrad Moreno) oynaya bilməyəcək.

Komndalar arasında keçirilən son 5 oyun:

Vilyarreal - Mançester Yunayted 1:1 (AL)
Vilyarreal - Mançester Yunayted 0:0 (ÇL)
Mançester Yunayted - Vilyarreal 0:0 (ÇL)
Mançester Yunayted - Vilyarreal 0:0 (ÇL)
Vilyarreal - Mançester Yunayted 0:0 (ÇL)
 

Proqnoz

Bu gün Avropa Liqasının ən yaxşı (ötən il üçün) iki komandası  qarşılaşır. Hər iki komanda may ayındakı oyunu yaxşı xatırlayır. 
"Mançester Yunayted" hücum xəttini və müdafiəni möhkəmləndirib. "Qırmızı şeytanlar" cari mövsümə də yaxşı start verib. "Vilyarreal" İspaniya çempionatında zəif təsir bağışlasa da müdafiə və hücum xətti rəqiblər üçün təhlükəli olaraq qalır. 

Hər iki komandanın etibarlı müdafiəsinin olduğunu nəzərə alaraq demək olar ki, rəqiblər olduqca ehtiyyatlı oyuna üstnlük verəcək. Belə oyunlarda ən xırda səhf oyunun müqəddəratını həll edə bilər. 
Münəccim hesab edir ki, oyunda 3-dən çox qol olmayacaq (3 ALT). Xarici bukmeker kontorları bu variantı 1,80 -1,90 əmsalla qiymətləndirir.

Komandaların öz arasında keçirdiyi son 5 oyun heç-heçə nəticələnib, ÇL-dəki son 4 oyunda isə ümumiyyətlə qol vurulmayıb. Komandaların hazırki durumu da açıq və maraqlı oyun söz vermir. "Mançester Yunayted"i qarşıda 8 oyunluq gərgin sınaq gözləyir. Odur ki, çətin bu gün bütün gücünü ortaya atsın. "Vilyarreal" isə səfərdə Emerinin (Unai Emeri) yaxşı bacardığı heç-heçə nəticəyə oynayacaq.

4,35 əmsalla oyunun heç-heçə (X) nəticələnəcəyini proqnozlaşdırırıq. 

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Emin Şəmsiyev

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X