Kamerun millisinin sabiq hücumçusu Samuel Etoonun oğlu Etyen Etoo Portuqaliyanın “Vitoriya” klubu ilə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Gimaraynş təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 19 yaşlı futbolçu “Vitoriya”nın U-23 komandasında oynayacaq.
Samuel Etoo karyerasını 2019-cu ildə başa vurub. O, karyerası ərzində “Real”, “Barselona”, “Çelsi”, “İnter” kimi klublarda çıxış edib.