PSJ-nin hücumçusu Lionel Messi Çempionlar Liqasının 2-ci turunda "Mançester Siti" üzərində qazandıqları 2:0 hesablı qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Paris komandasında ilk qolunu vuran argentinalı superulduz UEFA-nın rəsmi saytına belə danışıb:
"Son matçlarda meydana çıxmamışdım. Bu, "Park de Prens"dəki ikinci oyunum idi. "Mançester Siti" əla rəqibdir... "Brügge" ilə heç-heçədən sonra onlara qalib gəlmək çox vacib idi. Qol vurduğum üçün şadam. Yeni komandama uyğunlaşıram. Bir yerdə nə qədər çox oynasaq, meydanda o qədər yaxşı anlaşarıq. Birlikdə böyüməli, mükəmməlləşməli və bütün gücümüzlə çalışmağa davam etməliyik".
Qeyd edək ki, Paris klubun formasıyla çıxdığı əvvəlki oyunlarda rəqib qapılarına yol tapa bilməyən Messi matçın 74-cü dəqiqəsində komandasının ikinci qoluna imza atıb.
Nihat