Çempionlar Liqasının II turu çərçivəsində D qrupunda "Real Madrid" Tiraspol "Şerif"ini qəbul edib.
Fanat.Az xəbər verir ki, oyun qonaqların sürpriz qələbəsi ilə başa çatıb (1:2).
Görüş "qaymaqlar"ın hücumçusu Kərim Benzema (Karim Benzrma) üçün əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, oyunun 65-ci dəqiqəsində kral klubunun heyətində penaltidən qol vuran 33 yaşlı futbolçu 17 il ard-arda ÇL-də fərqlənən yeganə oyunçu olaraq tarixə düşüb.
Xatırladaq ki, hesabı oyunun 25-ci dəqiqəsində "Şerif"in özbəkistanlı futbolçusu Yaxşıbekov açıb. Tiraspol klubunun qələbə qolunu isə oyunun 89-cu dəqiqəsində Sebastiyan Till vurub.
Emin Şəmsiyev