I divizionda qış fasiləsi başa çatıb və II dövrəyə start verilib. Fanat.az xəbər verir ki, fevralın 7-8-9-da XVI turun oyunları keçirilib.
İlk oyun günündə bir qarşılaşma baş tutub. Günün yeganə oyununda ikinci pillədə qərarlaşmış "Qaradağ" səfərdə "Energetik"i 2:0 hesabı ilə yenib.
İkinci oyun günündə 4 matç keçirilib. "Karvan" səfərdə "Lokomotiv"i 5:2 hesabı ilə yenib. Əli Bağırov bu oyunda 3 qola imza atıb.
"Şahdağ" "Göyəzən"i darmadağın edib - 6:0. Qusar təmsilçisinin 6 qolundan 5-nə Sərxan Ağayev imza atıb.
"Şuşa" - "Turan-T" oyunu 2:2 hesabı ilə başa çatıb. "Kəpəz" isə evdə "Mil-Muğan"ı 2:0 hesabı ilə yenib.
Tura bu gün keçirilən 3 oyunla yekun vurulub. Lider "Araz" "Bakılı"nın qonağı olub. 12-ci dəqiqədə Bəxtiyar Soltanovun vurduğu qol Naxçıvan təmsilçisinə qələbə qazandırıb - 1:0.
"Ağsu" - "Neftçala" qarşılaşmasında 5 qol qeydə alınıb. Rəqibindən daha çox fərqlənən ağsulular 3:2 hesablı qələbəyə sevinib. 4 qolun qeydə alındığı MOİK - "Şəmkir" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
I divizion
2013/14 mövsümü
II dövrə, XVI tur
7 fevral
Energetik - Qaradağ 0:2
Qollar: Ramal Hüseynov, 19. Anar Həsənov, 80-pen.
8 fevral
Lokomotiv - Karvan 2:5
Qollar: Nicat Əsgərov, 3. Ülvi Quliyev, 68 - Əli Bağırov, 28; 36; 46. Azər Məmmədov, 54. Teyyub Hüseynov, 71.
Şahdağ - Göyəzən 6:0
Qollar: Sərxan Ağayev, 26; 30; 67; 73; 84. Natiq Abbasov, 77.
Şuşa - Turan-T 2:2
Qollar: Ramil Əliyev, 25. Məhəmməd Xəlilov, 52-pen - Rəşad Piriyev, 2. Asəf Qədiri, 48.
Kəpəz - Mil-Muğan 2:0
Qollar: Elmin Əlizadə, 6. Xəyal Mustafayev, 72.
9 fevral
Bakılı - Araz 0:1
Qol: Bəxtiyar Soltanov, 12.
MOİK - Şəmkir 2:2
Qollar: Turan Tahirzadə, 49. Azad Kərimov, 85 - Anar Rzayev, 46. Rafəddin Hüseynov, 52.
Ağsu - Neftçala 3:2
Qollar: Fərrux Əliyev, 19. Qalib Əmrahov, 45. Elvin Cəbrayıllı, 74 - Ceyhun Abdullayev, 21. Məhəmməd Alıyev, 56.
1 | Araz | 16 | 14 | 1 | 1 | 31-5 | 43 |
2 | Qaradağ | 16 | 12 | 3 | 1 | 32-5 | 39 |
3 | Neftçala | 16 | 10 | 2 | 4 | 35-12 | 32 |
4 | Şahdağ | 16 | 9 | 3 | 4 | 33-8 | 30 |
5 | Şuşa | 16 | 9 | 3 | 4 | 35-14 | 30 |
6 | Turan-T | 16 | 8 | 3 | 5 | 29-19 | 27 |
7 | Ağsu | 16 | 8 | 3 | 5 | 21-16 | 27 |
8 | Karvan | 16 | 7 | 3 | 6 | 25-31 | 24 |
9 | Lokomotiv | 16 | 7 | 0 | 9 | 23-33 | 21 |
10 | MOİK | 16 | 5 | 5 | 6 | 22-25 | 20 |
11 | Mil-Muğan | 16 | 4 | 3 | 9 | 11-21 | 15 |
12 | Bakılı | 16 | 4 | 3 | 9 | 19-33 | 15 |
13 | Kəpəz | 16 | 4 | 3 | 9 | 17-20 | 15 |
14 | Şəmkir | 16 | 3 | 5 | 8 | 11-24 | 14 |
15 | Energetik | 16 | 1 | 3 | 12 | 5-44 | 6 |
16 | Göyəzən | 16 | 1 | 1 | 14 | 6-48 | 4 |
Bombardirlər: Sərxan Ağayev (Şahdağ) - 13. David Canalidze (Araz) - 12. Əli Bağırov (Karvan) - 11. Elvin Adışirinli (Şuşa), Ceyhun Abdullayev (Neftçala) - 10. Tural Qürbətov (Lokomotiv) - 9. Novruz Ələkbərov (Qaradağ) - 8. Məhəmməd Bədəlbəyli (MOİK) - 7.
Fanat.az