"Qarabağ"la oyunda işimiz çətin olacaq. Komandada vəziyyət yaxşı deyil. Çempionatdakı ilk matçlarda yaxşı çıxış etməmişik, "Omoniya"da geriləmə var".
Fanat.Az xəbər verir ki, bu fikirlər Kiprin "Omoniya" klubunun sabiq futbolçusu Andreas Kanarisə məxsusdur.
Kipr klubunun veteranı "24sports"a açıqlamasında komandanın hazırkı durumunu belə dəyərləndirib:
"Heyətdə bir neçə əsas futbolçu zədə səbəbindən meydana çıxmayacaq. Onların tezliklə sağalacağına ümid edirəm. İlk turda Qazaxıstanda "Kayrat"a qarşı daha yaxşı oynamaq mümkün idi. Ancaq heç-heçə də pis nəticə deyil. Sabah isə "Qarabağ"ı məğlub etmək vacibdir. Bu, baş versə, növbəti mərhələyə vəsiqəni 70-80 faiz təmin edəcəyik".
Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.