İngiltərə Premyer Liqası oyunlarının İctimai Televiziyanın efirində yayımlanacağıyla bağlı xəbər yayılıb.
Belə ki, "Dumanlı albion" matçlarının uzun fasilədən sonra adıçəkilən telekanal vasitəsilə canlı yayımının həyata keçiriləcəyi bildirilir.
Məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verən İctimai TV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov bu barədə sabah rəsmi açıqlama veriləcəyini söyləyib:
"Sabah gün ərzində məlum postla bağlı açıqlama olacaq".
Qeyd edək ki, indiyə qədər Premyer Liqa oyunları əvvəlcə Lider TV daha sonra isə İdman TV-də futbolsevərlərə təqdim olunurdu.
Əlavə edək ki, bu barədə xəbəri eksklüziv olaraq "sportnet.az" saytı yayıb.