Bu gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasının geyindiyi Polşa "Legiya"sı Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Varşava təmsilçisi öz meydanında İngiltərənin "Lester" komandasını qəbul edib. Emreli Bakı vaxtı ilə 20.45-də başlayan oyunda start "11-lik"də yer alıb.
Yığmamızın forvardı matçın 31-ci dəqiqəsində yeganə qola imza ataraq komandasına qələbə qazandırıb. Görüşün 83-cü dəqiqəsində əvəzlənən Mahir sarı vərəqə də alıb.
İlk turda Moskva "Spartak"ını 1:0 hesabıyla məğlub edən "Legiya" hazırda C qrupunda lider mövqeyində qərarlaşıb.
Nihat