DÇ-2022-nin seçmə mərhələsində millimizin rəqibi olan İrlandiya yığmasının heyətində növbəti itki baş verib.
Fanat.Az "The Athletic" nəşrinə istinadən xəbər veri ki, seçmənin və "Vest Bromviç"in müdafiəçisi Dara O Şi (Dara O Shea) zədəli olduğu üçün Azərbaycanla oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, komandanın kapitanı Şeymus Koulman zədə, Ceyson Molumbi və Alan Braun isə cəza səbəbindən Bakıya gələ bilməyəcək.
Xatırladaq ki, İrlandiya yığması oktyabrın 9-da Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq. Bundan üç gün sonra isə irlandlar Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.
Emin Şəmsiyev