Türkiyənin U-19 millisinin və "Beşiktaş"ın üzvü Berkay Vardar yığmamızın baş məşqçisi Canni De Byazinin maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, məlumatı "Fotospor" saytı yayıb.
Xəbərə görə, italyan mütəxəssis 18 yaşlı yarımmüdafiəçini əsas komandaya hazırlamaq niyyətindədir.
Qeyd edək ki, Berkay Vardar İstanbul təmsilçisinin heyətində Niderlandda "Ayaks"a 0:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununda debüt edib. O, 73-cü dəqiqədə Umut Meraşın əvəzinə meydana daxil olub.