Qazaxıstanın “Kayrat" komandasının baş məşqçisi Kurban Berdiyev Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda “Bazel”ə qarşı keçirdikləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis İsveçrədə 2:4 hesabıyla uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında oyunu belə şərh edib:
"Düşünürəm ki, "Bazel" layiqli qələdə qazandı. Ələ düşən imkanları dəyərləndirə bilmədik ki, bu da bizi bir az relsdən çıxardı. İkinci hissədə toparlandıq və oynaya biləcəyimiz futbolu ortaya qoymağa çalışdıq. İki qol vura bildik, amma istənilən halda, nəticə nəticədir. Uduzduğumuza görə məyusuq".
Mirağa