"Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Konfrans Liqasının qrup mərhələsində ən çox top qazanan müdafiəçilər siyahısında 3-cü yerdə qərarlaşıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Medvedev KL-in iki turuna görə bu göstəriciyə sahib olub.
Birinci yerdə Çexiyanın "Yablonets" komandasından Yaroslav Zeleni (24), ikinci sırada isə İsrailin "Makkabi Tel - Əviv" klubundan Luis Ernandes (22) yer alıb.
Emin Şəmsiyev