“Neftçi”nin futbolçusu Mamadu Kane növbəti dəfə Qvineya millisinə çağırılıb.
Fanat.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək üç oyun üçün 24 yaşlı yarımmüdafiəçiyə də dəvət göndərilib.
Qvineya millisi oktyabrın 6-da və 9-da Sudanla, ayın 12-də Mərakeşlə qarşılaşacaq.
Qeyd edək ki, "Neftçi"nin futbolçusu ötən ay ölkəsinin millisinə yollanarkən, problemlə üzləşmişdi. Qvineyada hərbi çevriliş baş verdiyinə görə Kane bir müddət ölkəni tərk edə bilməmişdi. Belə ki, ölkəyə bütün giriş-çıxışlar bir həftə ərzində dayandırılmışdı. DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ötən ayın əvvəlində keçirilməli olan Qvineya - Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınmışdı. Sonda federasiya rəhbərliyi milli üzvlərini şəxsi təyyarə ilə ölkədən çıxara bilmişdi.
Bu arada, FİFA İ qrupunun qarşıdakı oyunlarının yerini dəyişdirib. Seçmə oyunlar Mərakeşdə keçiriləcək. Bu o deməkdir ki, Kane ölkəsinə yox, Mərakeşə yollanacaq.
Mirağa