Konfrans Liqasının II turunda Nikosiyada “Omoniya”nı 4:1 hesabı ilə yenən "Qarabağ"ın qazancı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Konfrans Liqasının qrup mərhələsindəki hər qələbənin dəyəri 500 min avrodur. Bu isə 984 min manat deməkdir.
“Bazel”lə ilk oyundakı heç-heçəyə (0:0) görə isə “köhlən atlar” büdcəsini 166 min avro (təxminən 326 min manat) zənginləşdirmişdi.