"Qarabağ"la oyunda çox yaxşı işlər gördük. Qarşılaşma başqa gün olsaydı, fərqli nəticə qeydə alınardı. Buraxdığımız qolların əksəriyyətində bir qədər şanssız olduq. Amma futbolda belə hallar baş verə bilir. İndi "Olimpiakos"la matçı səbirsizliklə gözləyirik və əlimizdən gələni etməyə hazırıq".
Fanat.Az xəbər verir ki, bu fikirləri "Omoniya"nın baş məşqçisi Henninq Berq evdə "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyunu barədə klubun rəsmi saytına müsahibəsində deyib.
52 yaşlı mütəxəssis çempionatın onlar üçün əsas prioritet olduğunu bildirib: "Qarabağ"la oyunda start heyətindəki dəyişikliklərin səbəblərindən biri də bu idi. Çempionat bizim əsas prioritetimizdir. Baxmayaraq ki, Avropada da bacardığımız qədər yaxşı getmək istəyirik. Balansı tapmağa çalışırıq. "Qarabağ"ın vurduğu ilk iki qolda şanssızlıqla üzləşdik və bundan sonra çətin oldu. İlk hissədən sonra oyunu udmağa yaxın idik. Yaxşı komandaya qarşı oynadıq. Futbol belədir. Yaxşı komandalarla qarşılaşanda oyunlarda məğlub olma şansınız var, ancaq qazanmaq da mümkündür".
Berq "Azarkeşlərimiz "Qarabağ"a qarşı nəticədən sonra məyus oldular, onlara mesaj göndərə bilərsinizmi" sualına belə cavab verib: "Dəstək olduqları üçün onlara çox təşəkkür etmək istəyirəm. Oyunöncəsi və oyun zamanı atmosfer əla idi. Son nəticədə onlar kimi biz də çox məyusuq. Matçda qalib gəlmək üçün çox istəyirdik, xüsusən də hesab 1-0 önündə olanda. Cümə axşamı etdiyimiz çox şeydən məmnunam. Azarkeşlərimiz həmişə yanımızda olub və bundan sonra da olacaqlarına əminəm".
Mirağa