Türkiyənin 1-ci liqasında 8-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörəngücü" də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Tuzlaspor"a 0:1 hesabıyla uduzub.
Meydana start "11-lik"də çıxan Vüsal 46-cı dəqiqədə əvəzlənib. İsgəndərov oyundan alınandan sonra komandası qapısında qol görüb.
Qeyd edək ki, 8 tura cəmi 4 xal toplayan "Keçiörəngücü" turnir cədvəlində sonuncu - 19-cu yerdədir.
Nihat