Azərbaycan Premyer Liqasında VI turun “Keşlə” – “Sabah” (2:0) oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin məşqçisi Zaur İsmayılov jurnalistlərin suallarını cavablandırıb.
Fanat.Az-ın əməkdaşının da qatıldığı toplantıda o, öncə matç barədə fikirlərini bildirib:
- Ağır oyun keçdi. Hər iki komanda son sıralarda idi. Hər kiki tərəfə qələbə lazım idi. Sevinən tərəf biz olduq. Uşaqlara təşəkkür edirəm. Rqibə uğurlar arzulayıram.
- Sanki Sənan Qurbanovun texniki zonada yoxluğu daha çox “Keşlə”nin xeyrinədi...
- Belə deməzdim. O, kənardan da olsa, göstərişlərini verirdi. Qələbəmiz çoxdandı gözlənilirdi.
- Matçdan sonra Felipe Santosdan tərbiyəsiz jesti oldu. Epizodu gördünüzmü?
- Görmədim. Baxacağıq, belə bir şey olubsa, cəzasını alacaq.
- 90 dəqiqə qapandınız. Bu sizin tapşırığınız idi, yoxsa komanda məcburən geri çəkilirdi?
- Rəqibi mərkəzdə qarşılamaq istəyirdik. Erkən qoldan sonra da arxaya çəkildik. Bu, rəqibin hücumları ilə bağlı idi. "Sabah"da texnikalı futbolçular çoxdu. İrəli çıxsaydıq, çoxlu təhlükələr ola bilərdi.
Mirağa