Millimizin futbolçusu Anatoli Nuriyevin şərəfini qoruduğu "Kolos" Ukrayna Premyer Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komanda doğma meydanda "Çernomorets"lə qarşılaşıb.
Oyun "Kolos"un 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb. Meydana start heyətdə çıxan Nuriyev 73-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Kolos" hazırda 11 xalla 9-cu pillədə qərarlaşıb.