Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubu Polşa Ekstraklassasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komanda X tur cərçivəsində "Lexiya Qdansk"ın qonağı olub.
Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürüb.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir meydana ikinci hissədə, komandası 0:1 hesabıyla uduzarkən çıxıb.
9 xalı olan "Legiya" hazırda turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.