Futbol üzrə Portuqaliya çempionatında 8-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi "Tondela" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Belenenseş"i 2:0 hesabıyla məğlub edib. Start "11-lik"də yer alan Renat 76-cı dəqiqədə əvəzlənib.
8 tura 9 xal toplayan "Tondela" hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Nihat