Polşanın "Visla Plotsk" klubu Anton Krivotsyukun millimizə dəvət almasını ötən həftənin əsas hadisələrindən biri sayır.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı "Krivotsyuk Azərbaycan millisinə dəvət aldı!" başlıqlı xəbəri "Həftənin xülasəsi"nə daxil edib.
Xəbər bu şəkildə təqdim olunub: "Visla Płotsk" un müdafiəçisi Anton Krivotsyuk növbəti dəfə Azərbaycan milli komandasına çağırılıb. O, 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrda keçiriləcək İrlandiya və Serbiya ilə matçlara dəvət alıb.
Kiyevdə doğulan 23 yaşlı Krivotsyuk Azərbaycan millisində 25 mart 2019-cu ildə Litvaya qarşı görüşdə debüt edib. Bu müddət ərzində milli rənglərdə artıq 20 oyunda iştirak edərək onun əsas oyunçusu olub. Növbəti təlim-məşq toplanışında oyunçumuz uğurlarını artıra biləcək, çünki komandası 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti matçlara çıxacaq.
İtaliyalı Canni De Byazinin rəhbərlik etdiyi komanda bu seçmə mərhələdə Lüksemburqa uduzub (1:2) və Portuqaliyaya uduzub (0:3), İrlandiya ilə heç-heçə edib (1:1) . Sentyabr ayındakı ilk iki oyunda Anton ilk dəqiqədən meydana çıxaraq sona qədər meydanda qalıb, üçüncüsündə isə sarı vərəqələrin çox olması səbəbindən fasilə vermək məcburiyyətində qalıb. İndi azərbaycanlılar İrlandiya ilə (9 oktyabr, 18:00) ikinci dəfə, sonra isə Serbiya ilə oynayacaqlar (12 oktyabr, 20:45).
Anton, səni təbrik edirik və xallar arzulayırıq!"
Mirağa