Futzal üzrə Dünya Çempionatı başa çatıb.
Fanat.Az xəbər verir ki, Litvada baş tutan mundialın qalibi Portuqaliya olub.
Avropalılar finalda son çempion Argentina ilə üz-üzə gəlib və 2:1 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb.
Bürünc mükafata isə Qazaxıstanı 4:2 yenən Braziliya sahib çıxıb.
Qeyd edək ki, Portuqaliya ilk dəfə dünya çempionu olub. 1989-cu ildən təşkil olunan və artıq 9 dəfə baş tutan yarışda Braziliya beşqat, İspaniya isə ikiqat qalibdir. Argentina və Portuqaliya isə son iki mundialın yeni qalibləri olub.
Mirağa