"Qarabağ"ın iki legioneri DÇ-2022-nin seçmə mərhələsi oyunları üçün ölkələrinin milli komandasına dəvət alıblar.
Fanat.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisisnin rəsmi saytı məlumat yayıb.
Marko Veşoviç Monteneqro, Patrik Andrade Kabo-Verde yığmasına çağrılıb.
30 yaşlı müdafiəçi Veşoviç Cəbəllütariq və Norveçə qarşı, 28 yaşlı yarımmüdafiəçi Andrade Liberiyaya qarşı oyunlar üçün yığmaya cəlb olunublar.
Qeyd edək ki, Monteneqro oktyabrın 8-də Cəbəllütariqin, 3 gün sonra isə Norveçin qonağı olacaq. Kabo-Verdenin Liberiya ilə oyunlar oktyabrın 7-də və 10-da olacaq.