11:37 20.06.2013 825

"Hər dəfə başqa ölkəyə gedib-gələndə formamı itirirəm"

Azərbaycan milli komandasının sabiq futbolçusu, FİFA agenti Anatoli Ponomaryovun apasport.az saytına müsahibəsi

- İşləriniz necədir?
- Yaxşı. Hazırda İsveçdəyəm və əsasən Avropa ölkələri üzrə çalışırıq. Bura daha çox Skandinaviya təmsilçiləri, Hollandiya daxildir.

- Bəs vətəniniz olan Azərbaycanla niyə iş əlaqələri yaratmırsınız?
- Hələ ki ora futbolçu gətirmək variantı yoxdur. Səbəbini bilmirəm. Qismət belədir. Ümid edirik ki, gələcəkdə Azərbaycanla işbirliyimiz olacaq. Ancaq hələ ki oradakı transfer bazarına çıxmamışam və digər ölkələrlə əməkdaşlıq edirik.

- Bəlkə müştəriləriniz olan futbolçular bahalı olduqlarından, klublarımız onları transfer etməkdə maraqlı deyillər?
- Yox. Çünki bizim Azərbaycan klubları ilə əlaqələrimiz olmayıb. Düzdür, bahalı futbolçular da var, qiyməti aşağı olanlar da. Yəni oyunçuların transfer qiymətləri fərqli olur. Sadəcə, biz Azərbaycan bazarına konsentrasiya olunmamışıq, çıxmamışıq.

- Bəs elə isə konkret hansı klublarla, hansı futbolçularla işbirliyiniz var?
- İsveçdə demək olar bütün klublarla. Danimarkada işlədiyimiz bir neçə komanda var. Mənim tərəfdaşım Hollandiyada çalışır. Nigeriyaya futbolçulara baxmağa getmişdik. Ordan gənc bir futbolçunu İsveç çempionatına gətirdik. Onu gətirəndə 19 yaşlı idi. İndi 20 yaşı var və artıq “Benfika” onunla maraqlanır.

- Sirr deyilsə, agent kimi daha çox maddi qazancınız olur, yoxsa futbolçu kimi bu baxımdan daha yaxşı idi? Ümumiyyətlə, sizin üçün hansı iş daha maraqlıdır?
- Hər 2 işdə qazanc var. Marağa gəlincə, bu, fərqlidir. Çünki peşələr bir-birindən seçilir. Fikrimcə, menecer kimi işim yaxşı gedir. Futbolçu həyatı, oynamaq da maraqlı idi.

- Karyeranızı bitirdikdən sonra heç olmasa həvəskar səviyyədə oynayırsınız? Yoxsa top qovmaqla birdəfəlik qurtarmısınız?
- Mən İsveçdə həvəskar liqasında çıxış etməyə çalışdım. Ancaq həmişə səfərlərdə olduğumuzdan, oynamağa vaxtım yoxdur. Formamı saxlamaq üçün cəhd etsəm də, bu, məndə alınmadı. Çünki hər dəfə başqa ölkəyə gedib-gələndə, yenidən formamı itirirəm. Sonda fikirləşdim ki, ondansa, oynamayım və artıq 4-5 aydır belə edirəm. Hazırda heç boş vaxtım yoxdur.

- Yəqin ki, hazırda çəkiniz artıb...
- 80 kiloqram çəkim var, bu, normaldır (gülür). Trenajor zalında çalışıram, başqa heç nə.

- Futbolçularınızı müxtəlif klublara yerləşdirsəniz də, atanız artıq 4 ildir işsizdir. İqor Ponomaryovu Avropada bir kluba düzəltmək variantı olmayıb?
- Mən onun məsələsinin üstünə belə düşməmişəm. Çünki atam vətəndə, Bakıda işləmək istəyir. Azərbaycanda kənarda çalışmaq fikri yoxdur. Vətəndə isə atama klublardan dəvət olmadığından işsizdir.

İdman24.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

Facebookdan bizi izləməyi unutmayın.
X