2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq İrlandiya yığması Bakıda dəstəksiz qalmayacaq.
Fanat.Az xəbər verir ki, "İrishexaminer" portalı irlandları 300-dən çox azarkeşin dəstəkləyəcəyini bildirib.
İrlandiyalı fanatların Portuqaliya ilə müqayisədə Bakı Olimpiya Stadionundakı qarşılaşma üçün bilet almaqda problemlə üzləşməyəcəkləri vurğulanıb.
Ümumiyyətlə, bu arada İrlandiya mətbuatında Bakı ilə bağlı kifayət qədər məlumat verilir. Valyutamızdan tutmuş taksi şirkətlərinə, avtobus nömrələri və metrostansiyaların, kafe və pabların adlarına qədər hər şeydən, hətta qutabdan belə bəhs olunan yazıda Azərbaycan haqqında müsbət rəyi hiss etmək çətin deyil.
Qeyd edək ki, oktyabrın 9-da keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.
Mirağa