Qadınlardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların stadionu və başlama vaxtı məlum olub.
Fanat.Az xəbər verir ki, oktyabrın 21-də Monteneqro ilə görüş Podqoritsada, 26-da Maltaya qarşı keçirəcək oyun isə Bakıda təşkil ediləcək.
Monteneqro ilə oyun Podqoritsa şəhərindəki Məşq Mərkəzində saat 16:00-da, Malta komandası ilə qarşılaşma isə saat 18:00-da ASK Arenada keçiriləcək.