Polşanın "Legia.Net" idman xəbəri portalı "Legiya" klubunda sentyabr ayının ən yaxşıları seçib.
Fanat.Az "Legia.net" saytına istinadən xəbər verir ki, səs vermə iki formada - idman saytlarının redaktorları və oxucular arasında keçirilib.
Jurnalistlərinin seçiminə görə komandanın ən yaxşısı "legioner"lərin 20 yaşlı mərkəz müdafiəçisi Mayk Navrotskidir. Redaktorlar Lirim Kastratini ikinci, Artur Yenceyçiki isə üçüncü yerə layiq görüblər. Millimizin üzvü və "Legiya"nın hazırda ən sərrast futbolçusu Mahir Emreli isə 4-cü yerə layiq görülüb.
Azarkeşlər arasında keçirilən sorğuda Emreli Navrotskidən sonra ikinci yerə layiq görülüb.
Jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsini təqdim edirik:
Mayk Navrotski 7.20 - 7.14
Lirim Kastrati 6.67 - 6.64
Artur Yenceyçik 6.60 - 6.30
Mahir Emreli 6.50 - 6.85
Ernest Muçi 6.25 - 6.35
Bartoş Sliş 6.20 - 5.97
Joze Pesgeira 6.00 - 6.14
Mateus Veteska 5.60 - 5.96
İqor Çaratin 5.50 - 5.69
Filip Mladenoviç 5.50 - 5.25
Katsper Skibicki 5.25 - 5.11
Tomas Pekhart 4.75 - 4.90
Rafael Lopez 3.75 - 4.99
Emin Şəmsiyev