Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov növbətini səfərini
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, icraçı vitse-prezident bu dəfə Masallı rayonunda olub.
Futbol veteranları Samir Əliyev və Vüqar Nadirovla birgə icraçı vitse-prezident Masallı Olimpiya İdman Kompleksində aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb. Uşaqlara AFFA-nın adından geyim dəstləri və toplar verilib. Elxan Məmmədov, Samir Əliyev və Vüqar Nadirov liqalarda çıxış edəcək komandalara uğurlar arzulayıblar. Tədbirin sonunda simvolik oyun keçirilib.