Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununda iş başında olacaq.
Xudiyev oktyabrın 12-də Qazaxıstanın Karaqanda şəhərindəki "Şaxtyor" stadionda keçiriləcək Qazaxıstan – Türkiyə oyununun hakim-inspektoru olacaq.