"Qarabağ"ın Konfrans Liqasında növbəti oyununu hansı stadionda keçirəcəyi hələ dəqiqləşməyib.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı "Kayrat"la görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacağını qeyd etsə də, bu, dəqiq deyil.
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin saytımıza verdiyi bilgiyə görə, futbol qurumuna mütəmadi olaraq "Tofiq Bəhramov"un durumu haqda hesabat verilir:
"Oyunun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyi ilə bağlı əminliklə yayılan xəbər həqiqəti əks etdirmir. Hələki bununla bağlı UEFA-nın yekun qərarı yoxdur. Biz ot örtüyünün vəziyyəti ilə bağlı UEFA-ya həftəlik, hətta günlük hesabat veririk. Oyunun Respublika stadionunda və ya Bakı Olimpiya Stadionunda keçiriləcəyi ilə bağlı qərar verilməyib. Düzdür, UEFA-nın rəsmi saytında məkan kimi "Tofiq Bəhramov" göstərilib, ancaq bu hər an dəyişə bilər. Yekun qərarın bu həftənin sonuna qədər veriləcəyi gözlənilir. Yekun qərar olacağı halda, bu haqda ictimaiyyətə məlumat veriləcək".
Mirağa