UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Olimpik Marsel" - “Qalatasaray” matçında qeydə alınan insidentlə bağlı intizam işi açıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, məsələyə oktyabrın 18-də baxılacaq.
Qitə futbol təşkilatı qərarını bu tarixdən 4 gün sonra açıqlayacaq.
Qeyd edək ki, 0:0 hesabı ilə başa çatan qarşılaşma 37-ci dəqiqədə dayandırılıb. Hadisəyə yerli fanatların tribunada Ermənistan bayrağı açması səbəb olub. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək bir-birilərinə məşəl atmağa başlayıblar. Polis iğtişaşın qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.