19:08 06.10.2021 1346

Dünya çempionatı: "Qızıl" da əldən getdi, "bürünc" də

İtaliyanın Olbiya şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının ilk günündə qazancımız bir gümüş medal olub.

Fanat.Az xəbər verir ki, millimizin 60 kiloqram çəki dərəcəsindəki üzvü Turan Bayramov finalda gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə gəlib. Rəqibinə "ippon" xalı ilə uduzan 19 yaşlı cüdoçumuz mundialı ikinci pillədə başa vurub.

Qızların yarışındakı təmsilçimiz Səbinə Əliyeva isə üçüncü yer uğrunda görüşdə isveçrəli Binta Ndiayeyə "qızıl xal"da məğlub olaraq beşinci yerlə kifayətlənib.

***16:39

İtaliyanın Olbiya şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, ilk gündə 4 cüdoçumuz mübarizəyə qoşulub. 

Oğlanların 60 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov mundiala 1/16 finaldan start verib. 19 yaşlı cüdoçumuz ilk mərhələdə Çin Taypeyi, 1/8 finalda Qazaxıstan, ardınca isə Fransadan olan həmkarlarını yenərək yarımfinala adlayıb. Burada Özbəkistan təmsilçisinə də heç bir şans verməyən Bayramov adını finala yazdırıb. İdmançımız qızıl medal uğrunda həlledici görüşdə gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə gələcək.

Qızların 52 kq çəki dərəcəsində yarışan Səbinə Əliyeva 1/16 finalda Macarıstan, növbəti qarşılaşmasında Rusiya təmsilçisinə qalib gəlsə də, 1/4 finalda Kosovo cüdoçusuna uduzub.  İlk təsəlliverici mərhələdə İspaniya idmançısından üstün olan Əliyeva bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. 17 yaşlı cüdoçumuz burada isveçrəli Binta Ndiaye ilə münasibətləri aydınlaşdıracaq.

Oğlanların 66 kq-sında isə iki milli üzvü gücünü sınayıb. Onlardan Rəşad Quluzadə ilk mərhələdə Venesuela, ardınca Yunanıstan cüdoçularını yenib. Lakin 1/8 finalda fransalı həmkarı ilə bacarmayıb. Kamran Süleymanov isə startdaca özbəkistanlı rəqibinə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, medal görüşləri Bakı vaxtı ilə 18:00-da başlayacaq.

***11:00

Bu gün İtaliyanın Olbiya şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatına start veriləcək.

Fanat.Az xəbər verir ki, oğlanların 60, 66 qızların 48 və 52 kiloqram çəki dərəcələrində medal sahiblərinin adına aydınlıq gələcəyi ilk gündə Azərbaycan millisinin dörd üzvü tatami üzərinə çıxacaq. 

Yeniyetmələr arasında Avropa çempionu Turan Bayramov (60 kq) startı 1/16 finaldan verəcək. O, bu mərhələdə Əlhəsən Suqhayir (Səudiyyə Ərəbistanı) / Çonq-Yo Lin (Çin Taypeyi) cütünün qalibi ilə gücünü sınayacaq.

66 kq-dakı milli üzvləri Rəşad Quluzadə və Kamran Süleymanov isə ilk görüşlərini 1/32 finalda keçirəcək. Quluzadə venesuelalı Uillis Qarsiya, Süleymanov özbəkistanlı Azizbek Ortikovla üz-üzə gələcək.

Qızların yarışında isə Səbina Əliyeva uğur qazanmağa çalışacaq. 52 kq-dakı təmsilçimiz 1/16 finalda macarıstanlı Rebeka Keller ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, 72 ölkədən 495 (285 oğlan, 210 qız) cüdoçunun qatıldığı dünya birinciliyinə oktyabrın 10-da yekun vurulacaq. Qarşıdakı günlərdə daha 4 təmsilçimiz mübarizə aparacaq.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09:00

MPL: "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Neftçi"yə qarşı - YENİLƏNİR

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

Facebookdan bizi izləməyi unutmayın.
X