Futbol üzrə milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən yararlanan iki Premyer Liqa klubu yoxlama görüşündə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, "Keşlə" və "Sumqayıt" klubları güclərini sınayacaqlar.
Qarşılaşma oktyabrın 9-da saat 16:00-da "ASK Arena"da baş tutacaq.
Qeyd edək ki, bu mövsümün açılış turunda üz-üzə gələn tərəflərin rəsmi duelində "Sumqayıt" 2:0 hesabı ilə qalib gəlib.
Mirağa