Türkiyəli tanınmış futbol mütəxəssisi Samet Aybaba Azərbaycan milli komandası haqda danışıb.
Fanat.Az xəbər verir ki, o, “Milliyyət” qəzetinə müsahibəsində yığmamızı türkiyəli çalışdırmalı olduğunu deyib:
“Azərbaycan bizə qardaş ölkədir. Bunu bilirsiniz. Ancaq milli komandalarında bir türkiyəli çalışdırıcı belə, yoxdur. İndiyə qədər millilərində türkiyəli baş məşqçi işləməyib. Belə şey olar? Bizim məşqçilərin Azərbaycanda da işləməsi lazımdır”.