"Araz-Naxçıvan"ın futzal üzrə Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Uraqan" bu gün Ukrayna çempionatında növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, təmsilçimizin rəqibi 6-cı tur çərçivəsində "AFFK Sumi" ilə qarşılaşıb.
Səfərdə rəqibini 2:1 hesabı ilə yenən "qasırğa"nın heyətində qolları Artyom Farenyuk və Mikola Qritsina vurub.
"Araz"ın rəqibi 6 turdan sonra 14 xal toplayıb və hazırda Ekstra-liqanın lideridir.
Komanda növbəti oyununu oktyabrın 16-dq "Kardinal"a qarşı keçirəcək.
Qeyd edək ki, “Araz” ÇL-in əsas mərhələsində 6-cı qrupunda "Uraqan" (Ukrayna), "Liqeni" (Kosovo) və "United Qalati" (Rumıniya) ilə birgə yer alıb. Bu mərhələnin oyunları 26-31 oktyabr tarixlərində Ukraynada keçiriləcək. Qrup mərhələsini birinci pillədə yekunlaşdıracaq komanda elit-raundda oynamaq hüququ qazanacaq.
Mirağa