Bu gün "ASK Arena"da "Keşlə"nin üzvləri ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında görüş baş tutub.
Fanat.Az xəbər verir ki, "İnci" Psixoloji Mərkəzinin təşkilatçılığı ilə baş tutan görüşdə mərkəzin uşaqları paytaxt klubunun məşqçi heyəti və futbolçuları bir araya gəlib.
Uşaqlar futbol oynamaqla yanaşı, Bakı komandasının üzvləriylə də tanış olublar, xatirə şəkili çəkdiriblər.