Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində "A milli"nin Norveçlə oyununu (1:1) dəyərləndirib.
Fanat.Az "TRT Spor"a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis Türkiyə yığmasının oyunundan narazı qaldığını deyib:
"Oyunu yaxından izləyən bir insan kimi deyə bilərəm ki, razı qalmadım. Fransada gözəl çıxışı ilə yadda qalan Yusuf Yazıcı topu qapıya düzgün şəkildə vura bilmirdi. "İnter"in 10 nömrəsi Hakan Çalhanoğlu İtaliyada əla oynayır, amma millinin heyətində bunu görmədik. Burak Yılmaza böyük hörmətim var, Avropada böyük işlər görür, amma millidə yox. Avropa Çempionatından bəri komanda oyunu göstərə bilmirik, bu, məni çox üzür."
Xatırladaq ki, Türkiyə millisi seçmə mərhələdə növbəti görüşünü oktyabrın 11-də səfərdə Latviyaya qarşı keçirəcək.
Emin Şəmsiyev