DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Serbiya yığması ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi Filip Curiçiç və müdafiəçi Strahinya Pavloviç millimizlə qarşılaşmanı buraxmalı olacaqlar.
Hər ikisi vərəqə cəzalısıdır. Belə ki, hər ikisi Lüksemburqla keçirilən səfər görüşündə (1:0) sarı vərəqə alaraq, seçmə mərhələdəki ikinci xəbərdarlıqla üzləşiblər. Cəzalı duruma düşən serblər oktyabrın 12-də Belqraddakı matçda məşqçilər korpusunun sərəncamında olmayacaq.